Azad olunan ərazilərə ilin ilk köçü başladı

Tarix: 18 Jan 2024 06:21

Azad olunan ərazilərə bu ilin ilk köçü başlayıb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3”dən ilk köç yenidənqurulan Füzuli şəhərinədir.

Belə ki, bu gün daha 30 ailə (127 nəfər) Füzuliyə yola salınıb.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Xatırladaq ki, 2023-cü ilin 18 dekabrında növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Həmin mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 94 nəfər köçürülüb. Bununla da şəhərdə 380 ailənin, yəni 1 392 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, yanvarın 12-də Füzuliyə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib.

Xəbər Lenti