Pentaqon Husilərin Ədən körfəzində ABŞ gəmisinə zərbə endirdiyini təsdiqləyib

Tarix: 18 Jan 2024 06:59

Pentaqon Yəmənin Husi üsyançı hərəkatı “Ənsar Allah”ın Ədən körfəzində ABŞ-ın “Genco Picardy” gəmisinə raket hücumu təşkil etdiyini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə ABŞ-nin Mərkəzi Komandanlığı X hesabında (keçmiş Twitter) bildirib.

“Yanvarın 17-də Yəmənin husilərin nəzarətində olan ərazidən buraxılan PUA Ədən körfəzində “Genco Picardy” gəmisini vurub”, - komandanlığın bəyanatında deyilir.

Qeyd edildiyi kimi, müəyyən dağıntılar var olsa da, tələfat yoxdur.

Xəbər Lenti