ABŞ və Britaniya Yəməndə husilərə zərbə endirib

Tarix: 18 Jan 2024 04:22

ABŞ və Böyük Britaniya Husi qiyamçılarının nəzarətində olan Yəmən ərazisinə zərbələr endirib.

APA-nın xəbərinə görə, bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

Əməliyyatda Damar, Saada, Taiz, Hodeyda və Əl-Bayda əyalətləri vurulub.

Zərbə Qırmızı dənizdə husilərin gəmilərə hücumlarına cavab xarakteri daşıyır.

Xəbər Lenti