Deputat: Regionlarda iş yerlərinin açılmasına diqqət yönəltməliyik

Tarix: 18 Jan 2024 09:20

“Azərbaycanda demoqrafik proseslər müsbət istiqamətdə gedir. İldə iş həyatına 100 min gənc atılır”.

APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, əmək bazarına təxminən ildə 130 min insanın işlə təmin olunması məsələsi var: “Ölkəmizdə kifayət qədər iş yerləri olsa da koordinasiya məsələsində problemlər var. Bununla əlaqədar yaz sessiyasında dinləmə keçirilməsini təklif edirəm. İşə götürənləri, müvafiq qurumları dəvət edək və problemləri müzakirə edək. Regionlarda iş yerlərinin açılmasına biz diqqəti yönəltməliyik. Qarabağ və Şərqi Zəngəzurda iş yerləri açılır, ora bərpa edilir, digər bölgələri də biz nəzərdən qaçırmamalıyıq. Bakı və Abşeron həddən artıq yüklənib. Digər bölgələrdə də sosial infrastrukturun qurulması bizim dövlətimizin qarşısında duran əsas məsələdir”.

Xəbər Lenti