Milli Məclisdə yoluxucu xəstəliklərlə mübarizəyə dair dinləmə keçiriləcək

Tarix: 18 Jan 2024 10:09

Milli Məclisdə Yoluxucu xəstəliklərlə mübarizə ilə bağlı dinləmə keçiriləcək.

APA xəbər verir ki, bu, parlamentin Səhiyyə komitəsinin 2024-cü il yaz sessiyası üçün İş planına daxil edilib.

Komitədə sessiya müddətində “Yoluxucu xəstəliklərlə mübarizə: qızılca infeksiyası ilə bağlı ölkədəki mövcud vəziyyət, peyvəndləmə və görülən tədbirlər”ə dair dinləmə təşkil edəcək.

Xəbər Lenti