Rusiyada 9 körpənin öldüyü xəstəxananın baş həkimi və şöbə müdiri saxlanılıb

Tarix: 14 Jan 2026 10:31

Rusiyada doqquz körpənin öldüyü Novokuznetsk xəstəxanasının baş həkimi və yeni doğulmuş və vaxtından əvvəl doğulmuş körpələr üçün reanimasiya şöbəsinin müdiri saxlanılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Qeyd edək ki, Rusiyanın Kemerovo vilayətinin Novokuznetsk şəhərində doğum evində Yeni il bayramı zamanı yeni doğulmuş 9 körpə ölüb. Məlumata görə, hadisə zamanı xəstəxana stasionar respirator infeksiya ilə bağlı karantin rejimində olub.

Rusiya xəstəxana körpə ölüm

Xəbər Lenti