İtkin düşən şagird tapılıb, hazırda məktəbdədir

Tarix: 18 Jan 2024 11:10

15 və 16 yanvar 2024-cü il tarixlərində 29 nömrəli tam orta məktəbdə 1 nəfər 11-ci sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərs prosesində iştirak etməyib.

Məktəbdən APA-ya verilən məlumata görə, sinif rəhbəri məktəblinin himayəsində yaşadığı yaxın qohumu ilə əlaqə saxladıqda şagirdin səhər evdən çıxdığı və sonradan evə qayıtmadığı məlum olub. Uşağın qohumu tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub. Məktəb rəhbərliyi tərəfindən digər şagirdin köməyi ilə “İnstagram” hesabı vasitəsilə şagirdlə əlaqə saxlanılıb, yeri müəyyən edildikdən sonra hüquq-mühafiqə orqanlarına da məlumat verilib.

Şagirdlə məktəb rəhbərliyi və psixoloq tərəfindən müvafiq söhbət aparılıb, hazırda məktəbdədir, Böyük Summativ Qiymətləndirmədə iştirak edir.

Qeyd edək ki, 2007-ci il təvəllüdlü şagird yanvarın 15-də Xətai rayonu, Şirvan küçəsində yerləşən 29 saylı orta məktəbə gedib və geri qayıtmayıb.

Xəbər Lenti