Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 15 Jan 2026 09:37
Yol verdikləri pozuntulara görə 7 vəkil barəsində intizam tənbehi tədbirləri tətbiq edilib.
APA xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.
Bundan başqa, 2 vəkilə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tapşırılıb. 8 vəkil hakim təyin edildiyi üçün onların fəaliyyətinə xitam verilib.
Selcan Zaurqızı vəkil pozuntu tənbeh