Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 15 Jan 2026 12:14
Konstitusiya Məhkəməsinin sabiq hakimi, əməkdar hüquqşünas Rafael Qvaladze vəfat edib.
Bu barədə APA-ya Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən məlumat verilib.
O, yanvarın 15-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Rafael Sergeyeviç Qvaladze fəaliyyəti dövründə “Əməkdar hüquqşünas” fəxri adına layiq görülüb, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Rafael Qvaladze Konstitusiya Məhkəməsinin sabiq hakimi