Zakir Həsənov italiyalı həmkarı ilə görüşdü - Foto

Tarix: 14 Nov 2023 09:48

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Dubai Airshow 2023” beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkədə səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya müdafiə naziri Quido Krosetto ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Xəbər Lenti