Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 18 Jan 2024 19:55
Fransanın Rusiyadakı səfiri Pyer Levi həmin ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Aralarında bir neçə fransızın da olduğu Xarkovda muzdlu döyüşçülər üçün müvəqqəti yerləşdirmə məntəqəsininin Rusiya Silahlı Qüvvələri tərəfindən məhv edilməsi ilə əlaqədar olaraq Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılıb”, - o deyib.