Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 15 Jan 2026 15:12
“Brüssel və hazırkı Avropa İttifaqı bürokratiyası Avropa xalqlarının maraqlarından uzaq düşüb”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
O bildirib ki, bu bürokratiya mövcud olduğu müddətcə Gürcüstan-Aİ münasibətlərində köklü surətdə yaxşılaşma təsəvvür etmək çətindir.
Papuaşvili Aİ-nin Gürcüstandakı nümayəndəliyinin Dövlət Bayrağı Günü ilə bağlı ötəngünkü paylaşımını da sərt tənqid edib. O, bu addımı zorakılığa haqq qazandırmaq və onu dəstəkləmək aktı adlandıraraq paylaşımı pozmağı məsləhət görüb.
Qeyd edək ki, ötən gün Gürcüstanda Dövlət Bayrağı Günü qeyd olunub. Aİ-nin Gürcüstan nümayəndəliyinin sosial şəbəkə hesabında paylaşılan təbrik videoçarxında Tbilisidə zorakılıqla müşayiət olunan etiraz aksiyalarından da kadrlar yer alıb.
Xatırladaq ki, Gürcüstan hökuməti 2024-cü ilin noyabrında Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini elan edəndən Tbilisi-Brüssel münasibətlərində gərginlik hökm sürür.
Gürcüstan Papuaşvili Aİ