Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 15 Jan 2026 17:57
ABŞ Venesuela ilə əlaqəli daha bir tankeri ələ keçirib.
APA xəbər verir ki, bu barədə iki anonim ABŞ rəsmisi “Reuters” agentliyinə məlumat verib.
Mənbələrin bildirdiyinə görə, hadisə ilə bağlı hələlik əlavə təfərrüatlar açıqlanmayıb.
Qeyd edilib ki, bu, son həftələrdə ələ keçirilmiş və Venesuela neftini daşıyan altıncı neft tankeridir.
Toğrul Quluzadə ABŞ tanker Venesuela