Makron: Ukraynanın kəşfiyyat və təhlükəsizlik dəstəyinin 2/3-sini Fransa təmin edir

Tarix: 15 Jan 2026 19:08

Bu gün Ukraynanın ehtiyac duyduğu kəşfiyyat və təhlükəsizlik dəstəyinin təxminən 2/3 hissəsi Fransanın təmin etdiyi resurslara əsaslanır.

APA xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron ölkəsinin cənubundakı "İstr" aviabazasında tədbirdə çıxışı zamanı deyib. Makron son vaxtlar Ukraynanın müdafiəsini təmin edən Avropanın silah və müdafiə sistemlərinin ABŞ silahlarının payını üstələdiyini bildirib. O, tərəfdaşlarını müasir silah sistemləri sahəsində daha çox öz imkanlarına əsaslanmalı və xarici tərəfdaşlardan asılılığı azaltmalı olduğunu vurğlayıb.

Makron bildirib ki, qısa müddətdə təhlükəsizlik balansını qorumaq üçün Avropa və xüsusilə Fransa Rusiyanın “Oreşnik” kimi raket sistemlərinə bənzər silahlar əldə etməli və öz müdafiə sənayesini gücləndirməlidir.

İlqar Xudiyev Makron Fransa Ukrayna Avropa

Xəbər Lenti