Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 15 Jan 2026 21:21
İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Livanın cənubundakı Suxmur və Yoxmur şəhərlərində “Hizbullah”ın hərbi hədəflərinə zərbələr endirib.
APA xəbər verir ki, bu barədə “Al Jadeed” məlumat yayıb.
Məlumata görə, təyyarələr Bekaa vadisinin qərbindəki Məşqara şəhərinə də iki hava hücumu həyata keçirib.
Mülki şəxslər arasında itkilər barədə heç bir məlumat verilməyib.