HƏMAS-la İsrail arasındakı münaqişənin həlli üçün plan təqdim edəcəklər

Tarix: 19 Jan 2024 01:10

Ərəb ölkələri tezliklə Fələstin dövlətinin yaradılmasına cavab olaraq İsraillə münasibətlərin normallaşdırılması planını təqdim etməyi planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Financial Times” yüksək vəzifəli məmura istinadən yazıb.

“Ərəb dövlətləri İsrailə münasibətləri normallaşdıra biləcək daha geniş planın bir hissəsi kimi atəşkəsi təmin etmək və Qəzzada girovları azad etmək təşəbbüsü üzərində işləyirlər”, - deyə məqalədə bildirilir.

Mənbənin sözlərinə görə, Ərəb ölkələri İsrailin HƏMAS-la müharibəsinə son qoymaq üçün bir neçə həftə ərzində plan təqdim etməyə ümid edirlər.

Qeyd olunur ki, dövlətlər Yaxın Şərqdə daha geniş münaqişənin qarşısını almağa çalışırlar.

Xəbər Lenti