İlk türk astronavtının kosmosa uçuşu başlayıb

Tarix: 19 Jan 2024 02:09

Türkiyə tarixdə ilk dəfə olaraq öz astronavtını Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, Türkiyə vaxtı ilə 00:49-da Alper Gezeravcının da olduğu “Dragon” kapsulu “SpaceX”ə aid “Falcon 9” daşıyıcı raketi vasitəsi ilə NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən BKS-a göndərilib.

Qeyd edək ki, A. Gezeravcı 14 gün ərzində BKS-da 13 elmi təcrübə həyata keçirərək.

Xəbər Lenti