Cümə, 16 Yanvar, 2026
Tarix: 15 Jan 2026 23:58
İspaniyanın Repsol və Fransanın Maurel & Prom şirkətləri də daxil olmaqla bir neçə Avropa şirkəti Venesueladan neft ixrac etmək üçün ABŞ-dan icazə istəyib.
APA xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
"İspaniyanın Repsol və Fransanın Maurel & Prom şirkətləri də daxil olmaqla, Venesuelaya məxsus PDVSA neft şirkətinin bir neçə Avropadan olan tərəfdaşı ölkədən neft ixrac etmək məqsədilə ABŞ-a müraciət edib", - məlumatda bildirilib.
Qeyd edək ki, Tramp administrasiyası lisenziyaları dayandırdıqdan sonra şirkətlər 2025-ci ilin ikinci rübündən etibarən Venesuela neftini ixrac edə bilməyiblər.