Kosmosdakılarla ilk canlı əlaqə quruldu - Video

Tarix: 19 Jan 2024 07:06

Xəbər verdiyimiz kimi, bu gün ilk türk astronavt Alper Gezeravcı Türkiyə saatı ilə saat 00:49 kosmosa yola salınıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yola salınan heyətlə ilk canlı əlaqə qurulub.

Belə ki, "SpaceX" Ax-3 komandasının ilk hiss və düşüncələrini “X” hesabında canlı yayımlayıb.

Gezeravcı Türkiyəyə böyük töhfələr verən və bu yolda həyatını itirənləri yad edib: 

“Bu anı Ulu Atatürkümüzün sözləri ilə başlamaq istərdim. Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün dahi sözü - Türkiyənin gələcəyi göylərdədir.

Uzun zamandır bunun xəyalını qururdum. Bu çox gözəl hissdir. Əvvəldən indiyə qədər hər şey əla idi”.

Xəbər Lenti