İtaliya parlamenti Ukraynaya yardımın uzadılmasını təsdiqləyib

Tarix: 16 Jan 2026 04:47

İtaliya Parlamenti 2026-cı ilin sonuna qədər Ukraynaya yardım göstərilməsinə davam etmək barədə qətnaməni təsdiqləyib.

APA xəbər verir ki, səsvermə əvvəlcə aşağı palatada, daha sonra isə yuxarı palatada (Senat) keçirilib.

Qətnamə İtaliya Qardaşları, Forza Italia və Liqa partiyalarını əhatə edən hakim çoxluq tərəfindən təklif edilib.

Sənəddə mülki yardıma diqqət yetirmək və artırmaq öhdəliyinə də yer verilir.

Xəbər Lenti