Duma Ukraynadakı muzdlulara görə Fransaya müraciət göndərəcək

Tarix: 19 Jan 2024 09:50

Rusiyanın Dövlət Duması Fransa vətəndaşlarının Ukrayna tərəfindən döyüşlərdə iştirakı ilə bağlı ölkə parlamentinə müraciət ünvanlamağa hazırlaşır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya parlamentinin aşağı palatasının sədri Vyaçeslav Volodin öz teleqram kanalında paylaşıb.

Dumanın deputatları sözügedən müraciəti növbəti plenar iclasda nəzərdən keçirəcəklər. Hadisəyə münasibət bildirən Volodin Fransada muzdlu fəaliyyətin qanunla qadağan olduğunu xatırladıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi yanvarın 17-si Xarkovda xarici muzdlu döyüşçülərin yerləşdiyi obyektə zərbə endirildiyini açıqlayıb. Həmin muzdluların əsas hissəsini fransız döyüşçülərin təşkil etdiyi bildirilib. Nazirliyin məlumatına görə, zərbə nəticəsində 60-dan çox muzdlu ölüb, daha 20 nəfər isə xəstəxanaya yerləşdirilib. Məsələ ilə bağlı Fransanın Moskvadakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Xəbər Lenti