Livanda İsrail PUA-sının hücumu nəticəsində “Hizbullah” üzvü öldürülüb

Tarix: 16 Jan 2026 07:28

İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz təyyarəsinin hücumu zamanı Livanın cənubunda “Hizbullah” hərəkatının silahlı qanadının üzvü öldürülüb.

APA xəbər verir ki, bu barədə “Al Hadath” televiziya kanalıməlumat yayıb.

Məlumata görə, hadisə Nəbatiyyə şəhəri yaxınlığındakı Zəvtar-Meyfadun şossesində baş verib. Həmin şəxs pilotsuz təyyarənin iki raket atdığı nəqliyyat vasitəsində olub.

Xəbər Lenti