Cümə, 16 Yanvar, 2026
Tarix: 16 Jan 2026 11:05
Milli Məclisdə uşaq hüquqlarının müdafiəsi istiqamətində mövcud vəziyyətlə bağlı müzakirələr keçiriləcək.
APA-nın xəbərinə görə, bu, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsində əksini tapıb.
Yaz sessiyası dövründə gender (kişi və qadınların) bərabərliyinin təmin edilməsi üzrə hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı müzakirələrin keçirilməsi də planlaşdırılır.
Firuzə Vahid Milli Məclis uşaq hüquqları