Milli Qəhrəmanın dostu: Şahin Tağıyevin cənazəsinin ölkəyə gətirilməsi və buradakı bütün xərcləri dövlət qarşılayıb

Tarix: 16 Jan 2026 11:45

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şahin Tağıyev qocalar evində ölməyib.

APA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Milli Qəhrəmanın dostu Ələsgər Rüstəmov deyib.

O, bildirib ki, bəzi media resurslarında yayılan məlumatlar yanlışdır və həqiqətləri əks etdirmir: "Şahin Tağıyev qocalar evində ölməyib. O, inslutdan reabilitasiya mərkəzində müalicə alırdı. Xərcləri də oğlu Rövşən, qızı Nigar qarşılayıb. Orada da bu xidmət ödənişlidir. İsveçdə qocalar evinə yerləşmə prosesi uzun və çətindir. Lakin Milli Qəhrəmanın xaricdə qocalar evində ölməsi kimi məlumatların yayılması yanlışdır. Cənazənin ölkəyə gətirilməsi və buradakı bütün xərcləri dövlətimiz qarşılayıb".

Həmçinin jurnalistlərə açıqlama verən Milli Qəhrəmanın qızı Nigar Tağıyeva deyib ki, atası xəstə idi və onun evdə müalicəsi mümkün deyildi: "Şahin Tağıyev həm infarkt keçirmişdi, həm də iki ildir insultdan əziyyət çəkirdi: “Evdə müalicə alması qeyri-mümkün idi. Onun dərmanları vaxtında verilməli idi. Bunun üçün də atam müalicə üçün reabiltasiya mərkəzinə yerləşdirilmişdi. Orada onun müalicə alması daha yaxşı idi".

Nigar Tağıyeva bildirib ki, Şahin Tağıyev hər zaman Azərbaycanı sevib və azərbaycanca danışıb:

“Biz 2002-ci ildə Azərbaycandan köçdük. O hər zaman bizə yaxşı ata olub. Azəbaycan dilini, Dövlət Himnini o mənə öyrədib. Nəvələri ilə də azərbaycanca danışırdı”.

Emin Şirvanzadə

Xəbər Lenti