Gənclər Fondu və "Bakcell" tələbələr üçün təqaüd proqramını elan edir - FOTO

Tarix: 16 Jan 2026 12:45

Azərbaycan Respublikasının Gənclər Fondu və "Bakcell"in birgə tərəfdaşlığı ilə gənclərin innovasiya, süni intellekt və rəqəmsal bacarıqlarının inkişafını dəstəkləyən yeni təqaüd proqramı elan edilib.

APA xəbər verir ki, təqdimat mərasimi Bakı Konqres Mərkəzində baş tutub.

Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev və "Bakcell"in Baş icraçı direktoru Klaus Müller çıxış edərək təqaüd proqramının gənclərin informasiya texnologiyaları üzrə biliklərinin dərinləşdirilməsi və karyera imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, tərəfdaşlığın gənclər üçün yaratdığı yeni imkanlardan danışıblar.

Gülcahan Məmmədova Gənclər Fondu Bakcell təqaüd

Xəbər Lenti