Kreml Maduro ilə baş verənlərdən sonra ABŞ-ı etibarlı danışıqlar tərəfdaşı hesab edib-etmədiyinə aydınlıq gətirib

Tarix: 16 Jan 2026 14:32

Kreml Nikolas Maduro ilə baş verənlərdən sonra Rusiyanın ABŞ-ı etibarlı danışıqlar tərəfdaşı hesab edib-etməməsi ilə bağlı suala cavab verib.

APA-nın Moskva bürosu xəbər verir ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ-ın Ukrayna münaqişəsinin həlli üçün səylərinin Rusiyanın maraqlarına uyğun olduğunu bildirib.

Onun sözlərinə görə, Moskva ABŞ-ın Ukrayna ilə bağlı danışıqlar prosesindəki səylərini alqışlayır və danışıqlarda maraqlı olaraq qalır.

Peskov rəsmi Moskvanın Qrelandiya ətrafındakı vəziyyətlə bağlı mövqeyini də açıqlayıb. O bildirib ki, Rusiya dünyanın qalan hissəsi ilə birlikdə Qrenlandiya ətrafındakı vəziyyətin trayektoriyasını izləyəcək.

Fərid Əkbərov Kreml Peskov Maduro ABŞ Ukrayna Rusiya

Xəbər Lenti