İsraildə zədələnmiş helikopter təxliyə zamanı qəzaya uğrayıb - VİDEO

Tarix: 16 Jan 2026 14:21

İsrail Hərbi Hava Qüvvələrinin helikopteri Yerusəlim yaxınlığında qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Bildirilib ki, yanvarın 13-də çətin hava şəraiti səbəbindən təcili eniş edən “Black Hawk” helikopteri bu səhər geri götürülmə cəhdi zamanı qəzaya uğrayıb.

https://t.me/apa_az/112049

“Çərşənbə axşamı hava şəraiti səbəbindən helikopter açıq əraziyə eniş edib. Bu səhər helikopteri götürməyə çalışarkən qəza baş verib. Qəza zamanı xəsarət alan olmayıb”, - məlumatda qeyd edilib.

Hadisənin araşdırılması üçün İsrail Hərbi Hava Qüvvələrinin rəisi general-mayor Tomer Bar hərbi istintaq komitəsinin yaradılmasını əmr edib.

İsrail helikopter qəzası

Xəbər Lenti