Cümə, 16 Yanvar, 2026
Tarix: 16 Jan 2026 20:23
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Qrenlandiyanı ABŞ-a birləşdirmək planlarına qarşı çıxan, o cümlədən Avropa ölkələrinə qarşı gömrük rüsumları tətbiq etmək niyyətində olduğunu bildirib.
APA xəbər verir ki, Tramp bunu səhiyyə məsələləri üzrə köməkçilərlə keçirilən müşavirə zamanı deyib.
“Mən bunu Qrenlandiya məsələsində də edə bilərəm. Əgər ölkələr Qrenlandiya ilə bağlı razılaşmaya müsbət yanaşmasalar, onlara qarşı rüsumlar tətbiq edə bilərəm”, – deyə ABŞ prezidenti qeyd edib.