Şənbə, 17 Yanvar, 2026
Tarix: 16 Jan 2026 20:53
Çexiya Prezidenti Petr Pavel Praqanın yaxın vaxtlarda Kiyevə pilotsuz uçuş aparatları ilə mübarizə üçün nəzərdə tutulmuş döyüş təyyarələri tədarük etməyə hazır olduğunu bildirib. APA xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb..
Pavelin sözlərinə görə, Çexiya nisbətən qısa müddət ərzində PUA-lara qarşı mübarizədə yüksək effektivliyə malik bir neçə orta sinif döyüş təyyarəsi göndərə bilər.
O əlavə edib ki, Çexiya Ukraynaya erkən xəbərdarlıq sistemləri, o cümlədən passiv radarlar da tədarük edə bilər.