ABŞ-Ukrayna danışıqlarının növbəti raundunun tarixi açıqlanıb

Tarix: 16 Jan 2026 22:21

Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqların yeni raundu yanvarın 17-də Mayami şəhərində baş tutacaq. APA xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina "Facebook" səhifəsində yazıb.

Səfirin sözlərinə görə, Ukrayna ölkənin gələcək təhlükəsizlik arxitekturası və uzunmüddətli iqtisadi inkişafı ilə bağlı ABŞ-la aktiv məsləhətləşmələri davam etdirir. Danışıqlarda Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Prezident Volodimir Zelenskinin ofisinin rəhbəri Kirill Budanov və hakim “Xalqın Xidmətçisi” partiyasının parlament fraksiyasının rəhbəri David Arahamianın iştirak edəcəyi qeyd edilib.

Xəbər Lenti