Hindistan Benqal körfəzi və Ərəbistan dənizində raket sınaqları keçirəcək

Tarix: 19 Jan 2024 16:08

Hindistan Benqal körfəzi və Ərəbistan dənizində raket sınaqları keçirməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, sınaqların yanvarın 22-dən 25-dək davam edəcəyi gözlənilir.

Hindistanın hərbi sənayesi ilə bağlı xəbərlər dərc edən mənbələr bildirib ki, Hindistan 24-25 yanvar tarixlərində Benqal körfəzində 900 km məsafədə hərbi gəmidən atışla bağlı nota verib və bu ərazilərdə uçuşların olmaması ilə bağlı xəbərdarlıq edilib.

Xəbər Lenti