Tramp Kanada və Çin arasında ticarət müqaviləsini dəstəkləyib

Tarix: 17 Jan 2026 01:42

“Kanadanın Baş naziri Mark Karni Çinlə ticarət müqaviləsi bağlamalıdır”.

APA-nın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Kanada və Çinin iki ölkə arasında ticarət müqaviləsi elan etməsinə dair suala cavabında deyib.

“Bu normaldır. O, bunu etməlidir. Yəni ticarət müqaviləsinin imzalanması yaxşı haldır. Əgər Çinlə razılaşma əldə edə bilirsinizsə, bunu etməlisiniz”, - deyə Tramp bildirib.

Xəbər Lenti