Suriya ordusu Hələbdə yeni əməliyyata başlayıb

Tarix: 17 Jan 2026 01:27

Suriya ordusu Hələb vilayətinin şərqində yerləşən Deyr Hafir bölgəsində YPG/SDG-yə qarşı əməliyyata başladığını açıqlayıb. APA xəbər verir ki, SANA əməliyyatın başladığınıtəsdiqləyib. Bildirilib ki, əməliyyat Deyr Hafir ərazisində YPG/SDG-yə və keçmiş rejimə bağlı silahlı qruplara qarşı yönəlib.

SANA-nın məlumatında qeyd olunub ki, “terrorçu silahlı dəstələrin və SDG ilə müttəfiq olan keçmiş rejim qalıqlarının mövqelərinə qarşı cavab tədbirləri başlayıb”.

Xəbər Lenti