Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 19 Jan 2024 16:03
Rusiya yayda Ukraynaya yeni hücum planı hazırlaya bilər.
APA xəbər verir ki, bu barədə “Financial Times”da dərc edilmiş məqalədə qeyd olunub. Bildirilib ki, yeni hücumun məqsədi Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye regionlarının tam ələ keçirilməsi ola bilər.
Ukrayna ordusuna istinad edən nəşr Rusiyanın Xarkov və Kiyevi yenidən ələ keçirmək cəhdi edə biləcəyini də inkar etməyib. Əlavə olunub ki, Rusiya Prezidenti Vladimir Putinin yekun hədəfi dəyişməz qalır və bu bütün Ukraynanın ələ keçirilməsidir.
Qeyd olunub ki, Ukrayna ötən ilin yayında həyata keçirdiyi uğursuz əks-hücumdan sonra öz taktikasını dəyişir və “aktiv müdafiə”yə keçir. Qərb rəsmisi nəşrə bildirib ki, bu strategiya yalnız müdafiə xəttini saxlamağı deyil, həm də uzun məsafəli hava zərbələri də daxil olmaqla düşmənin zəif nöqtələrini tapmağı nəzərdə tutur.
Nəşrə görə, bu, Ukraynaya bu il öz qüvvələrini gücləndirməyə və 2025-ci ilə hazırlaşmağa imkan verəcək ki, o zaman da Ukrayna əks-hücumunun daha çox uğur qazanmaq şansı olacaq.
Bildirilib ki, Ukraynanın ən güclü müttəfiqləri də Kiyevin “aktiv müdafiə” strategiyasına keçidini dəstəkləyir.