Suriya prezidenti kürdlərin hüquqlarını qoruyan fərman imzalayıb

Tarix: 17 Jan 2026 03:49

Suriya Prezidenti Əhməd aş-Şaraa ərəb respublikasında kürdlərin hüquqlarını qoruyan fərman imzalayıb. APA xəbər verir ki, snədin mətni Suriya liderinin administrasiyası tərəfindən dərc olunub.

Fərmana əsasən, kürd dili dövlət dili kimi tanınır və “kürdlərin əhalinin əhəmiyyətli hissəsini təşkil etdiyi bölgələrdə məktəblərdə tədris oluna bilər”. Bundan əlavə, Suriyanın keçid hökuməti ölkə ərazisində yaşayan kürd mənşəli bütün şəxslərə Suriya vətəndaşlığının verilməsini öhdəsinə götürür.

Xəbər Lenti