Venesuela hakimiyyəti bəzi Avropa ölkələrinin vətəndaşlarını azadlığa buraxıb

Tarix: 17 Jan 2026 06:26

Venesuelanın müvəqqəti hakimiyyəti Çexiya, Macarıstan, Niderland və Almaniya vətəndaşlarını həbsdən azad edib. APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə müvafiq ölkələrin hökumətləri məlumat verib.

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Venesuela həbsxanalarından üç alman vətəndaşının azad edildiyini təsdiqləyib. Onun sözlərinə görə, bu addım Berlinlə Karakas arasında daha konstruktiv dialoqun qurulmasına dair siqnal kimi qiymətləndirilə bilər.

Xəbər Lenti