Şənbə, 17 Yanvar, 2026
Tarix: 17 Jan 2026 05:48
Almaniya kansleri Fridrix Merz hesab edir ki, Avropa ABŞ-la münasibətlərdə daha böyük müstəqilliyə nail olmalı və özünü kiçiltməməlidir. APA xəbət verir ki, bu barədə DPA məlumat yayıb.
Merts qeyd edib ki, onun qiymətləndirməsinə görə, ABŞ getdikcə qaydalara əsaslanan siyasətdən gücə söykənən yanaşmaya keçid edir. “Lakin bu halda biz başımızı quma soxub birtəhər yaşamağa çalışa bilmərik”, – deyə o, Manhaym yaxınlığında, Baden-Vürtemberq federal əyalətində yerləşən Heddeshaym yaşayış məntəqəsində keçirilən seçkiöncəsi tədbirdə bildirib.
O əlavə edib ki, Almaniya hörmət qazanmaq istəyirsə, öz maraqlarını müdafiə etməyi öyrənməlidir.