Kanadanın Baş naziri ABŞ-ın Qrenlandiyaya dair təhdidlərindən sonra NATO-nun 5-ci maddəsini xatırladıb

Tarix: 17 Jan 2026 08:54

Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirməklə bağlı təhdidləri fonunda NATO-nun Beşinci maddəsini xatırladıb. APA xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

“Bizim tərəfdaşlığımız qüvvədə qalır, NATO-nun Nizamnaməsinin Beşinci və İkinci maddələri üzrə öhdəliklərimiz də qüvvədədir və biz onları tam şəkildə dəstəkləyirik”, – deyə Karni bildirib.

Onun sözlərinə görə, Kanada hesab edir ki, Qrenlandiya öz gələcəyini müstəqil şəkildə müəyyənləşdirməlidir.

Xəbər Lenti