Şənbə, 17 Yanvar, 2026
Tarix: 17 Jan 2026 11:38
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynada müharibənin dayandırılması ilə bağlı gələcək razılaşmaların icrasına nəzarət edəcək xüsusi qurumun – “Sülh Şurası”nın yaradılmasını nəzərdən keçirir.
APA xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Qeyd olunur ki, oxşar mexanizm daha əvvəl Qəzza zolağında döyüşlərin dayandırılması üçün hazırlanıb və indi həmin modelin Ukrayna, hətta Venesuela kontekstinə uyğunlaşdırılması planlaşdırılır.
Məlumata görə, ABŞ-la aparılan danışıqlarda iştirak edən ukraynalı rəsmilərdən biri “Sülh Şurası”nın yaradılmasının Rusiyanın Ukraynaya qarşı müharibəsinin bitməsinə yönəlmiş daha geniş təşəbbüslər paketinin əsas elementlərindən biri kimi dəyərləndirildiyini bildirib.
Qəzetin yazdığına görə, Şuraya şəxsən Donald Trampın rəhbərlik etməsi mümkündür. Qurumun tərkibinə Ukrayna, Rusiya, Avropa və NATO-nun nümayəndələrinin daxil edilməsi təklif olunur.
“Sülh Şurası”nın əsas məqsədi əldə olunacaq sülh planının kağız üzərində qalmasının qarşısını almaq və onun bütün tərəflər tərəfindən real şəkildə icra olunmasını təmin etməkdir.
İlqar Xudiyev Ukrayna üçün Sülh Şurası ABŞ Rusiya Ukrayna