Şənbə, 17 Yanvar, 2026
Tarix: 17 Jan 2026 12:27
Suriya Ordusu artıq Hələbin şərq ətrafındakı Deir Hafir bölgəsində yerləşməyə başlayıb.
APA-nın SANA agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya Ordusunun Komandanlığı açıqlama yayıb.
“Biz Alepponun şərq ətrafındakı Deir Hafir şəhərində hərbi nəzarətimizin tam təmin olunduğunu elan edirik”, – Suriya Ordusunun Əməliyyatlar Komandanlığı bildirib.
Komandanlıq əlavə edib ki, hazırda ordunun əsas vəzifəsi şəhərin təhlükəsizliyini təmin etmək, habelə minalar və partlamamış sursatlardan təmizləməkdir.
Eyni zamanda, ordunun Maskanah və Dibsi Afnan bölgələrinə irəliləməyə başladığı qeyd olunub.
***
10:52
Suriya ordusu Fərat çayının qərbində, terror təşkilatı YPG-nin nəzarətində olan Deir Hafir bölgəsinə ilk hərbi bölmələrin daxil olmağa başladığını açıqlayıb.
APA bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Hadisə ilə bağlı əlavə detallar hələlik açıqlanmayıb.
Suriya YPG