Xarkovda çoxmərtəbəli binada partlayış olub, 2 nəfər ölüb

Tarix: 17 Jan 2026 14:11

Xarkovun Saltovsk rayonunda yerləşən çoxmərtəbəli binada baş verən partlayış nəticəsində 2 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə şəhərin fövqəladə hallar departamentinin direktoru Boqdan Qladkix məlumat yayıb.

Məlumata görə, partlayış zamanı mənzildə kişi və qadın olub. Ölənlərin şəxsiyyəti müəyyən edilir.

Bundan əlavə, alt mərtəbədə yaşayan iki sakin xəsarət alıb.

Bildirilib ki, partlayış qaz balonunun partlaması nəticəsində baş verib.

İlqar Xudiyev Ukrayna Xarkovda binada partlayış

Xəbər Lenti