Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 19 Jan 2024 23:07
ABŞ Böyük Britaniya ilə birlikdə Yəmənin Qırmızı dəniz sahilində yerləşən Hudeyda liman şəhərinə iki zərbə endirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Əl-Masirah” telekanalı məlumat yayıb.
Zərbələrin Əl-Caban bölgəsində həyata keçirildiyi qeyd edilir.
Hücum zamanı tələfat və dağıntılar barədə məlumatın verilmədiyi bildirilib.