Borrell İsrailin HƏMAS-ı maliyyələşdirdiyini iddia edir

Tarix: 19 Jan 2024 22:30

Avropa Birliyinin xarici siyasət rəhbəri Cozep Borrell bildirib ki, İsrail Dövləti Fələstin Muxtariyyətini zəiflətmək üçün HƏMAS yaraqlı qruplaşmasının yaradılmasını maliyyələşdirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Bildirilib ki, Borrell Valyadolid Universitetindəki çıxışında bu haqda danışsa da, maliyyələşdirmənin təfərrüatlarını açıqlamayıb

Nəşr qeyd edir ki, İsrailin Baş naziri Benyamin Netanyahu siyasi rəqiblərinin və bəzi KİV-lərin hökumətinin uzun illərdir Qəzza zolağında HƏMAS-a fəal dəstək verməsi ilə bağlı ittihamlarını rədd edib.

Xəbər Lenti