Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 20 Jan 2024 00:30
Yaponiyanın “SLİM” kosmik gəmisi Aya eniş edib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) məlumat yayıb.
Belə ki, Yaponiyanın ötən ilin sentyabrında orbitə göndərdiyi pilotsuz kosmik gəminin Aya yumşaq eniş etdiyi bildirilib.
“Kosmik aparat Ayın orbitinə uğurla gəlib və yerə enib”.
“SLİM” eniş zamanı Ayın kraterlərini və topoqrafiyasını öyrənib.
Qeyd edək ki, “SLİM”in missiyası uğurla başa çatdığı üçün, Yaponiya SSRİ, ABŞ, Çin və Hindistandan sonra Ay səthinə kosmik gəmi endirən beşinci ölkə kimi adını tarixə yazdırıb.