Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 20 Jan 2024 01:07
Slovakiya Ukraynaya S-300 hava hücumundan müdafiə sistemləri tədarük edib.
“Qafqazinfo” bu barədə Sputnik-ə istinadən xəbər verir.
Bildirilib ki, əvvəlki hökumətin Kiyevə silah tədarükü səbəbindən ölkə bir çox şey itirib.
Belə ki, hava hücumundan müdafiə sistemlərindən, döyüş təyyarələrindən və hətta Ukraynaya çatdırılan MiQ-29-lar üçün vəd edilən puldan da məhrum olub.
Buna baxmayaraq, yenə də Ukraynaya dəstəklərini davam etdirəcəklərini bəyan ediblər.