Çində məktəbdə yanğın - 13 nəfər öldü

Tarix: 20 Jan 2024 06:42

Çində məktəblərin birinin yataqxanasında yanğın olub.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, hadisə Henan əyalətinin Nanyan şəhərində qeydə alınıb.

Bildirilib ki, yataqxanada baş vermiş yanğın nəticəsində azı 13 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti