Suriya ordusu PKK qüvvələrini Raqqa hərbi aerodromundan çıxarıb

Suriya ordusu PKK qüvvələrini Raqqa hərbi aerodromundan çıxarıb

Tarix: 18 Jan 2026 03:16

Suriya ordusu ölkənin şimalındakı Raqqa əyalətindəki əl-Tabqa hərbi aerodromuna nəzarəti ələ keçirib və PKK yaraqlıları mövqelərindən qovulub.

APA xəbər verir ki, bu barədə “Al-Ikhbariya” telekanalı əməliyyat komandanlığına istinadən məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl əməliyyat komandanlığı ərazidəki PKK qüvvələrinin mühasirəyə alındığını açıqlamışdı.

Mənbə: apa.az

Xəbər Lenti