“ABŞ-nin nüvə silahı köhnəlib”

Tarix: 20 Jan 2024 09:31

“ABŞ-nin nüvə silahı köhnəlib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə Komitəsinin sədri Rocer Uiker və senator Debra Fişer “The Wall Street Journal”da nəşr etdikləri məqalələrində qeyd ediblər. 

“Təhlükəsizliyimiz “Sentinel” qitələrarası ballistik raketin maliyyələşdirilməsindən və vaxtında yerləşdirilməsindən asılıdır”,- deyə məqalədə qeyd edilib. 

Onların fikrincə, ABŞ-nin nüvə arsenalının yenilənməsi kifayət qədər maliyyələşdirilmir və qrafikdən geri qalır: “Konqres və Ağ Ev bu problemləri həll etmək və yeni problemlərin qarşısını almaq üçün tez hərəkətə keçməlidirlər”.

Xəbər Lenti