Suriyada bəzi strateji obyektlər dövlətin nəzarətinə keçib

Tarix: 18 Jan 2026 05:47

Suriya ordusunun Fəratın qərbində irəliləməsi və bir neçə mühüm bölgəni geri alması nəticəsində bir sıra strateji obyekt dövlətin nəzarətinə keçib.

APA xəbər verir ki, bu barədə Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir məlumat verib.

Nazir müvafiq qurumların, əsasən neft yataqları və su nasos stansiyaları kimi mühüm obyektlərdə fəaliyyətin və xidmətlərin davamlılığını təmin etmək məqsədilə artıq işlərə başlandığını bildirib.

Xəbər Lenti