Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 20 Jan 2024 13:13
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin iqamətgahında yanğın baş verib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hadisə Maksim Sarayı adlı iqamətgahın anbarında qeydə alınıb.
Yanğının söndürülməsinə 24 canlı qüvvə və 7 texnika cəlb edilib. Əraziyə az əhəmiyyətli maddi ziyanın dəydiyi bildirilir.
Hazırda insidentin səbəbləri araşdırılır.